Basketbol üzrə Avroliqa turnirinə yekun vurulub.

Yunanıstanın Afina şəhərində keçirilən “Dördlər finalı”nın son oyununda  “Olimpiakos” və “Real” qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən oyunun sonlarında daha dəqiq olan Pirey komandası qələbə qazanıb – 92:85 (19:26, 27:18, 15:21, 31:20). Beləliklə, Yunanıstan klubu Avroliqa çempionu olub.

“Olimpiakos”un heyətində ən çox xalı fransız müdafiəçi Evan Furnye toplayıb. O, görüşü 20 xal , 5 ribaund və 4 məhsuldar ötürmə ilə başa vurub. “Real”ın heyətində kanadalı hücumçu Trey Layls 24 xal və 8 ribaundla oynayıb.

Shares: