Mövsümün başa çatmasının ardından “Kəpəz”də gözlənilən dəyişikliklərə start verilib. Gəncə təmsilçisində ilk ayrılıq baş məşqçi postunda reallaşacaq. Komandanın çalışdırıcısı Azər Bağırov artıq klubla vidalaşmağa hazırlaşır.

Təcrübəli mütəxəssisin karyerasını “Şamaxı”da davam etdirəcəyi məlumdur. Tərəflər arasında razılıq əldə olunub və yaxın günlərdə bunun rəsmən açıqlanacağı gözlənilir.

Bəs, bu dəyişiklik nə vaxt rəsmiləşəcək? Futbolinfo.az bununla bağlı “Kəpəz”in Media və Marketinq Departamentinin direktoru Gəray Qiyasovun mövqeyini öyrənib: “Yaxın günlərdə Azər Bağırovun komandadan ayrılması ilə bağlı rəsmi paylaşım olacaq. Lakin yeni təyinatın nə vaxt ediləcəyi dəqiq deyil. Çünki hazırda bir neçə məşqçi ilə danışıqlar gedir. Ona görə də yekun qərar verilməyib”.

GÜNAY SÜLEYMANOVA

Shares: