Azərbaycanın 3×3 basketbol üzrə oğlan və qızlardan ibarət komandaları Belarusun paytaxtı Minskə yollanıblar.
Sports.az xəbər verir ki, yığmalar Belarusun 3×3 basketbol üzrə “Palova” Milli Liqasının 2-ci mərhələsində iştirak edəcəklər.
Bu gün start götürəcək yarış iyulun 26-dək Minsk şəhərində təşkil olunacaq.
