Qız boksçulardan ibarət Azərbaycan milli komandaları Türkiyəyə yollanıblar.

Futbolinfo.az xəbər verir ki, yığmalarımız iyulun 25-dən avqustun 4-dək Kastamonuda təlim-məşq toplanışında olacaqlar.

Məşqçilər korpusu hazırlığa 2 yaş kateqoriyası üzrə 10 boksçunu cəlb ediblər.

Türkiyə millisi ilə birgə təşkil olunacaq toplanış U-17 və U-19 üzrə Avropa çempionatlarına hazırlıq xarakteri daşıyır.

Hazırlıq çərçivəsində sınaq döyüşləri də keçiriləcək.

Shares: