“Barselona” “Joan Qamper kuboku” uğrunda keçiriləcək oyunda Misirin “Əl-Əhli” klubu ilə qarşılaşacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Görüş avqustun 19-da “Kamp Nou” stadionunda keçiriləcək. Bu, Kataloniya klubunun 2026/27 mövsümündə doğma arenadakı ilk oyunu olacaq və eyni zamanda komandanın yenilənmiş azarkeşlərə rəsmi təqdimatı ilə üst-üstə düşəcək.
“Əl-Əhli” “Qamper kuboku”nda iştirak edən ilk Misir və ilk Afrika təmsilçisi olacaq.
