Britaniyalı sabiq dünya çempionu Tayson Fyuri (WBC, WBO, IBO, WBA Super, The Ring və IBF versiyaları üzrə) Tailandın Pattayya şəhərində keçirilən peşəkar boks gecəsində 46 yaşlı polşalı Marius Vax üzərində qələbə qazanıb.

Döyüş 7-ci raunddan sonra vaxtından əvvəl başa çatıb. Boksçunun sekundantları onu növbəti raunda buraxmamaq qərarı veriblər və nəticədə Fyuriyə texniki nokautla qələbə verilib.

Xatırladaq ki, 37 yaşlı “Qaraçı kralı” ləqəbli Tayson Fyuri peşəkar rinqdə debütünü 2008-ci ilin dekabrında edib. 46 yaşlı Polşa təmsilçisi Marius Vax isə peşəkar karyerasına 2005-ci ilin aprelində başlayıb.

Shares: