İtaliya millisinin yeni baş məşqçisi müəyyənləşib. “La Gazzetta dello Sport”un yazdığına görə, razılıq əldə olunub, geriyə imza mərasimi və rəsmi açıqlama qalır.
Yeni baş məşqçi millinin keçmiş yarımmüdafiəçisi Andrea Pirlo olacaq. İtaliya Futbol Federasiyası Xosep Qvardiola və Karlo Ançelottinin imtinasından sonra onunla razılığa gəlib.
Tərəflər 2030-cu ilə qədər müddətə müqavilə imzalayıblar. 47 yaşlı mütəxəssisin maaşı ildə 1,5 milyon avro olacaq.
Pirlo bu postda komandanı dünya çempionatına apara bilməyən Cennaro Qattuzonu əvəz edəcək.
Pirlo hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Dubay Yunayted” komandasını çalışdırır.
