İdrissa Qeye karyerasını Səudiyyə Ərəbistanında “Al-Diriyah” klubunda davam etdirəcək.
36 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 1 illik müqavilə imzalayacaq. Razılaşmada əməkdaşlığın daha 1 il uzadılması da nəzərdə tutulub.
“Everton” Qeyenin komandadan azad agent kimi ayrıldığını rəsmən elan edib.
Qeyd edək ki, seneqallı futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasında 25 oyunda meydana çıxıb.
