Ukrayna Futbol Assosiasiyasının (UFA) sabiq prezidenti Andrey Pavelko Bratislavada saxlanılıb. Ukraynanın Baş Prokurorluğu onun ekstradisiyası proseduruna başlayıb.
Baş prokuror Ruslan Kravçenko bildirib ki, Pavelko uzun illər Ukrayna ədalət mühakiməsindən gizlənib və onun Slovakiyadan təhvil verilməsi üçün rəsmi müraciət hazırlanır.
İstintaqın məlumatına görə, Pavelko saxta müqavilələr vasitəsilə UFA-nın külli miqdarda vəsaitini mənimsəməkdə ittiham olunur. O, 2015–2024-cü illərdə UFA-ya rəhbərlik edib, hətta bir müddət həbsdə də olub. Buna baxmayaraq, Pavelko bir müddət sonra ölkəni tərk edib. Sabiq prezident 2025-ci ilin dekabrından Ukraynada yenidən axtarışa verilib.
