İdman gimnastikası üzrə 7 qat olimpiya çempionu Simona Bayls yenidən xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

29 yaşlı idmançı xəstəxana palatasından həyat yoldaşı olan NFL-in “İndianapolis Kolts” klubunun oyunçusu Conatan Ouenslə birlikdə çəkilmiş fotosunu paylaşıb. Bayls xəstəxanaya düşməsinin səbəbini açıqlamayıb.

Qeyd edək ki, o, iyunun əvvəlində də hospitala yerləşdirilmişdi. Həmin vaxt sosial şəbəkədə səhhətində ciddi problem yarandığını bildirərək, “Keçən həftə az qala öləcəkdim. Bu, həyatımın ən dəhşətli, bəlkə də ən dəhşətli anı idi” sözlərini yazmışdı.

Simona Bayls sonuncu dəfə 2024-cü ilin avqustunda, Paris Olimpiadasında çıxış edib. O, həmin Oyunlarda üç qızıl və bir bürünc medal qazanıb. 2025-ci ilin yayında isə gimnast döş böyütmə əməliyyatı keçirib.

Shares: