“Everton” yarımmüdafiəçisi İdrissa Qana Qeyenin komandadan ayrıldığını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
36 yaşlı seneqallının müqaviləsinin müddəti başa çatıb və tərəflər anlaşmanı yeniləməmək qərarına gəliblər.
Qeye 2016-2019-cu illərdə “Everton”da çıxış etdikdən sonra 3 mövsüm “PSJ”nin formasını geyinib və yenidən İngiltərə klubuna qayıdıb. O, Liverpul təmsilçisinin heyətində ümumilikdə 236 oyunda 10 qol vurub, 11 məhsuldar ötürmə edib.
