Çilinin “Kolo-Kolo” klubu Kabo-Verde millisinin 40 yaşlı qapıçısı Vozinyanı transfer etdiyini açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, təcrübəli qolkiper 2026-cı il dünya çempionatındakı uğurlu çıxışı ilə böyük diqqət çəkmişdi.

Vozinya mundialda 4 oyunda meydana çıxıb və onların ikisində qapısını toxunulmaz saxlayıb. Kabo-Verde millisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsində iştirak edib və 1/16 finalda Argentinaya 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Qapıçının son klubu Portuqaliyanın 2-ci Liqa təmsilçisi “Şaveş” olub.

Shares: