Bu yay “Qarabağ”dan “Seltik”ə keçən Kamilo Duran qollarını sıralamaqda davam edir.
Futbolinfo.az xəbər verir ki, kolumbiyalı hücumçu bu dəfə “Milan”ın qapısına yol tapıb.
Duran “Seltik Park”da İtaliya nəhəngi ilə keçirilən yoldaşlıq görüşünün 11-ci dəqiqəsində hesabı açıb. O, 27-ci dəqiqədə komanda yoldaşı Ceyms Forestin vurduğu qolda isə məhsuldar ötürmə müəllifi olub.
Kamilo 75-ci dəqiqədə əvəzlənib. Qarşılaşma isə 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
24 yaşlı futbolçu artıq “Seçltik”də ardıcıl 3-cü oyunda fərqlənməyi bacarıb. O, bundan əvvəl “Sportinq” və “Midlsbro” ilə yoldaşlıq görüşlərində də qol vurmuşdu.
Xatırladaq ki, Duran 2025-ci ilin yayından ötən ayadək “Qarabağ”ın formasını geyinib.
