Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir, “Vest Hem”dən Krisensio Sammervill transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Niderlandlı vinger üçün İngiltərə klubuna 64,5 milyon avro təzminat ödənilib. 24 yaşlı futbolçu ilə 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.

Niderland millisinin üzvü 2025/26 mövsümündə “Vest Hem”in heyətində 34 rəsmi matçda 7 qol vurub və 5 məhsuldar ötürmə edib.

Shares: