“River Pleyt” hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, sözügedən klub Meksikanın “Tiqres” komandasından Anxel Korreanı transfer edib.

Bu barədə Argentina klubunun mətbuat xidməti məlumat yayıb. Bu transfer üçün Meksika klubuna 13,2 milyon avro təzminat ödənilib. 31 yaşlı hücumçu ilə 2029-cü ilin 31 dekabrına kimi müqavilə imzalanıb.

Xatırladaq ki, “Tiqres” Korreanı 2025-ci ilin yayında “Atletiko”dan 8 milyon avroya transfer etmişdi.

Shares: