Milli Basketbol Assosasiyasında pley-off seriyası davam edir. Qərb konfransında final seriyasının 4-cü oyunu baş tutub.

“San Antonio Spörs” ötən görüşdən fərqli olaraq bu dəfə “Oklahoma Siti Tander”i məğlubiyyətə uğradıb – 103:82. Bununla da seriyada ümumi hesab 2:2 olub.

Qələbədə əsas pay yenə də Viktor Vembanyamanın üzərinə düşüb. Fransız basketbolçu qarşılaşmanı 33 xal və 8 ribaundla başa vurub. Qonaqların lideri Şey Gilgs-Aleksander 19 xal toplayıb.

Shares: