Almaniya Bundesliqasında növbəti mövsüm iştirak edəcək sonuncu klub müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bu, “Paderborn” olub.
İkinci Bundesliqanın üçüncüsü pley-off matçında “Volfsburq”dan üstün olub. “Paderborn” əlavə vaxtda istəyinə çatıb – 2:1.
Bununla da “Volfsburq” ikinci Bundesliqaya yuvarlanıb. “Paderborn” isə yeni mövsümdə Bundesliqada iştirak hüququ qazanıb.






