Milli Basketbol Assosiasiyasında ilk finalçı müəyyənləşib.
Şərq konfransının final seriyasının 4-cü oyunu da “Nyu-York Niks”in qələbəsi ilə başa çatıb – 130:93. Beləliklə, Şərqdə seriya başa çatıb. Qərbdə isə hələlik hesab 2:2-dir.
Klivlenddə keçirilən 4-cü oyunda meydan sahiblərinin ulduzu Donovan Mitçel 31 xalla hamıdan məhsuldar olub. Qalib komandada isə Karl Entoni Tauns 19 xal və 14 ribaundla oynayıb.
Qeyd edək ki, sonuncu dəfə Nyu-York komandası ötən əsrdə MBA finalına çıxmışdı.






