“Şamaxı”da gözlənilən təyinat tezliklə açıqlanacaq. Bölgə klubunun baş məşqçisinin adını elan etməsi başqa səbəblə bağlıdır.
Futbolinfo.az xəbər verir ki, milli komandada çalışdığı üçün “Şamaxı”nı tərk edən Ayxan Abbasovun xələfi məhz Azər Bağırov olacaq. Onun təyinatı hələ “Kəpəz”lə vidalaşmadığı üçün yubanır. Çalışdırıcı gəncəlilərlə yolları rəsmən ayıran kimi yeni iş yerində fəaliyyətə başladığı bildiriləcək.
Bağırov “Şamaxı” lə 3 illik müqavilə bağlayıb.






