Basketbol tarixinin ən böyük əfsanəsi, Milli Basketbol Assosiasiyasının altıqat çempionu Maykl Cordan 10 ildən sonra klubdan ayrılan “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolaya video mesaj yazıb.

“Salam Pep, bu Maykl Cordandır. Səni inanılmaz karyeran münasibətilə təbrik etmək istəyirəm. İstirahətindən zövq al. Qolf meydançasında uğurlar. Və düz atışlara davam et”, – deyə Cordan məşqçinin “Siti” ilə vida mərasimində səsləndirilən video mesajda bildirib.

Qvardiola buna təvazökarlıqla cavab verib: “Məni tanıdığını bilmirdim. Amma bu, problem deyil”.

Xatırladaq ki, Qvardiola 10 ildən sonra çoxsaylı Premyer Liqa titulları, FA Kubokları və Çempionlar Liqasını qazandığı “Mançester Siti”dən ayrılır.

Shares: