“Sabah” qapıçı Stas Pokatilovla yeni müqavilə imzalayıb.

Qazaxıstanlı qolkiperlə yeni müqavilənin müddəti 1 ildir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Stas 2025-ci ilin yanvar ayından “Sabah”ın uğurları üçün çalışır. 33 yaşlı qapıçı komandanın heyətində 61 oyun keçirib, bir dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.

Shares: