“Milan”ın hücumçusu Santyaqo Ximenes A Seriyası tarixində arzuolunmaz göstərici ilə gündəmə gəlib.

Futbolinfo.az xəbər verir ki, meksikalı futbolçu İtaliya çempionatı tarixində bir mövsümdə start heyətində 10 və ya daha çox oyuna çıxıb qol vura bilməyən ilk oyunçu olub.

Bu antirekord A Seriyasının sonuncu, 38-ci turunda “Milan”ın doğma meydanda “Kalyari”yə 1:2 hesabı ilə uduzduğu qarşılaşmadan sonra rəsmiləşib. Ximenes cari mövsüm çempionatda 16 matçda meydana çıxsa da, rəqib qapılarına yol tapa bilməyib və yalnız 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, 25 yaşlı hücumçu 2025-ci ilin fevralında Niderlandın “Feyenoord” klubundan 30 milyon avro qarşılığında “Milan”a transfer olunub.

Shares: