Mikel Arteta İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı baş məşqçisi seçildi. “Arsenal”ı çempion edən çalışdırıcı 22 illik həsrəti bitirdiyi üçün bu ada layiq görüldü.

Futbolinfo.az xəbər verir ki, londonlular mövsüm ərzində 26 qələbə, 7 heç-heçə, 5 məğlubiyyətlə yadda qaldı. Bu da Artetanın uğuru kimi qiymətləndirildi.

44 yaşlı mütəxəssis karyerasında ilk dəfə bu ada layiq görülür.

Shares: