“Milan” baş məşqçi postunu tutmağa namizədlərin siyahısı genişlənir. Massimiliano Alleqrinin istefaya göndərilməsinin ardınca 2 italyan, 2 ispan çalışdırıcı haqda müzakirələr başlayıb.
Futbolinfo.az xəbər verir ki, əsas namizəd Antonio Kontedir. “Napoli”dən ayrılan təcrübəli çalışdırıcı İtaliya yığmasını seçməsə, “Milan”a üz tutacaq.
Tyaqo Mottanın təyinatı az inandırıcıdırsa, Unay Emerinin də Çempionlar Liqasına yüksəltdiyi “Aston Villa”dan ayrılması gözlənilmir. Əvəzində Andono İraola ikinci əsas namizəddir. 3 il çalışdığı “Bornmut”dan ayrılan ispan mütəxəssis nəhəng klubda işləmək arzusundadır. “Milan” ideal seçim sayılır.






