PSJ və “Liverpul” eyni futbolçunun “ovuna çıxıb”. Hər iki Avropa nəhəngi Yan Diamondu heyətinə qatmaq istəyir.
Futbolinfo.az xəbər verir ki, transferlə bağlı qərarı oyunçu özü və klubu “Leypsiq” verməlidir. Fil Dişi Sahili yığmasının 19 yaşlı üzvünün Almanya klubu ilə müqaviləsi 2030-cu ilin yayında bitəcək. Amma müştəriləri onun anlaşmasındakı 75 milyon avroluq sərbəstqalma bəndini aktivləşdirə bilər. Məsələ Diamondun hara getmək istəməsidir.
İndi sözügedən klublar oyunçunun şəxsi müqaviləsi ilə bağlı müzakirə aparır. Eyni zamanda “Leypsiq” də müqavilənin müddətini daha da uzatmaq niyyətindədir. Diamond razılıq versə, onun maaşı artırılacaq.
“Liverpul” alternativlər üzərində də düşünür. Bu transfer alınmasa, İngiltərə klubu PSJ-dən Bredli Barkolanı heyətinə qatmağa çalışacaq.






