Milli Basketbol Assosasiyasının Qərb Konfransında pley-off oyunları davam edir. Final seriyasının 5-ci qarşılaşması Oklahomada keçirilib.
“Tander” bu görüşdə “San Antonio Spörs”ə qalib gəlib – 127:114.
Oyunda ən çox xalı Şey Gilgs Aleksander qazanıb. Meydan sahiblərinin ulduzu 32 xal toplayıb. Ayzeya Hartenştayn və Çet Holmqren isə dabl-dabl ediblər. Qonaqlarda Stefon Kasl 24, Viktor Vembanyama isə 20 xalla oynayıblar.
Seriyada hesab son çempion olan Oklahoma komandasının xeyrinədir – 3:2. 6-cı oyun San Antonioda keçiriləcək.






