Bu gün Slovakiyanın paytaxtı Bratislavada minifutbol üzrə Avropa çempionatı start götürəcək.
Yarışın ilk günündə 9 qarşılaşma baş tutacaq.
Azərbaycan millisi ilk oyununu mayın 28-də Avstriya komandasına qarşı keçirəcək. “Tipos Arena”dakı matç Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.
Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupunda İtaliya və Fransa ilə də münasibətlərə aydınlıq gətirəcək.






