“Mayın əvvəlindən “Kəpəz”dən ayrılma qərarını verdim. Çünki klubda bəzi qeyri-müəyyənliklər var idi ki, bu da məni çox narahat edirdi. Sona 3-4 tur qalmış düşüncələrimi dəqiqləşdirdim”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Azər Bağırov deyib.
“Kəpəz”dən ayrılan baş məşqçi komanda ilə keçdiyi dövrü belə dəyərləndirib: “Ən böyük uğurum komanda formalaşdırmaq idi. Tez bir zamanda ailə mühiti yaratdıq. Bunu da tək futbolçularla deyil, “Kəpəz” azarkeşləri ilə birlikdə bacardıq”.
Bağırov gələcək planları və “Şamaxı”ya mümkün keçidi ilə bağlı məsələyə də toxunub: “Hələ ki, “Şamaxı”ya keçidlə bağlı dəqiq heç nə yoxdur. Bu gün hər şey ola bilər. Yeni çağırışlara hər zaman hazıram. Heç bir çətinlikdən qorxmuram. Yeni komanda qurarkən həm nəticə verən, həm də uzunmüddətli layihə formalaşdırmaq əsas prioritetdir. Hətta düşünürəm ki, Azərbaycanda yetəri sayda savadlı və bacarıqlı futbolçular var. Sadəcə hərənin öz yanaşması və incə məqamı var. Onu tapmaq və inkişaf etdirmək lazımdır”.
GÜNAY SÜLEYMANOVA






