DÇ-2026-ya hazırlaşan Türkiyə milli komandası yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, “ay-ulduzlular”ın rəqibi Şimali Makedoniya komandası olub.

İstanbulda “Şükrü Saracoğlu” stadionunda keçirilən qarşılaşma Türkiyə millisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 4:0.

Qollları Orkun Kökçü (1), Can Uzun (15), Deniz Gül (52) və Barış Alper Yılmaz (69) vurublar.

Türkiyə millisi mundiala hazırlıq çərçivəsində növbəti və sonuncu oyunda Venesuela millisi ilə üz-üzə gələcək (7 iyun).

Xatırladaq ki, Türkiyə millisi DÇ-2026-da ABŞ, Paraqvay və Avstraliya ilə D qrupunda mübarizə aparacaq.

Shares: