“Şamaxı” daha bir futbolçu ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bilal İsmayılovun başa çatan sözləşməsi uzadılmayıb.

“Şamaxı” son bir həftədə bunadək 13 oyunçusu – Rüfət Abbasov, Kərim Rossi, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Arsen Ağcabəyov, Rafael Məhərrəmli, Vladislav Veremeyev və Nihat Mehralıyev ilə vidalaşmışdı.

Shares: