“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Futbolinfo.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, “Neftçi” İdman Klubu və “ADA Primary School”un tərəfdaşlığı ilə keçirilən şənlik uşaqlar üçün əsl bayram coşqusunun yaşandığı rəngarəng bir məkana çevrilib. Gün ərzində maraqlı oyunlara, idman yarışlarına və musiqili şoulara qatılan balacalar həm maraqlı vaxt keçirib, həm də fərqli interaktiv fəaliyyətlərdə fəal iştirak ediblər.

Qoruq ərazisində yaradılan idman, yarış və yaradıcılıq zonalarında uşaqlar minifutbol, basketbol, penalti turnirlərində və şahmat yarışlarında güclərini sınayıb, reaksiya oyunları ilə komandalararası müsabiqələrə qoşulublar. Böyük maraqla qarşılanan üzboyama, topların rənglənməsi və sənətkarlıq emalatxanalarında isə balacalar öz xəyal dünyalarını əks etdirmək imkanı qazanıblar. Animatorların çıxışları, hodulist şouları, DJ performansı, əl işlərindən ibarət sərgi və canlı orkestrin ifaları bayramın coşqusunu daha da artırıb. Bunlarla yanaşı, şənlik boyu fəaliyyət göstərən xüsusi iaşə zonasında uşaqlara sevdikləri bayram təamları təqdim olunub.

Tədbirə qatılan tanınmış idmançılar – “Neftçi” İdman Klubunun təmsilçiləri – cüdo üzrə Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov, sərbəst güləş üzrə üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev uşaqlarla görüşərək onlarla xatirə şəkilləri çəkdirib, imza mərasimində iştirak edib və onlarla motivasiyaedici tövsiyələrini bölüşüblər.

WhatsApp Image 2026 05 31 at 18.55.14 2 - Futbolinfo.az
photo 5253638996615699138 y - Futbolinfo.az
photo 5253638996615699139 y - Futbolinfo.az
photo 5253638996615699144 y - Futbolinfo.az
photo 5253638996615699146 y - Futbolinfo.az
photo 5253638996615699147 y 1 - Futbolinfo.az
photo 5253638996615699148 y - Futbolinfo.az
photo 5253638996615699150 y - Futbolinfo.az
photo 5253638996615699140 y - Futbolinfo.az
photo 5253638996615699157 y - Futbolinfo.az
photo 5253638996615699158 y - Futbolinfo.az
photo 5253638996615699155 y - Futbolinfo.az
photo 5253638996615699154 y - Futbolinfo.az
photo 5253638996615699152 y - Futbolinfo.az
photo 5253638996615699156 y - Futbolinfo.az
photo 5253638996615699137 y - Futbolinfo.az
photo 5253638996615699142 y - Futbolinfo.az
photo 5253638996615699141 y - Futbolinfo.az
photo 5253638996615699159 y - Futbolinfo.az
photo 5253638996615699163 y - Futbolinfo.az
photo 5253638996615699164 y - Futbolinfo.az
photo 5253638996615699161 y - Futbolinfo.az
photo 5253638996615699166 y - Futbolinfo.az
photo 5253638996615699168 y - Futbolinfo.az
photo 5253638996615699165 y - Futbolinfo.az
photo 5253638996615699169 y - Futbolinfo.az
photo 5253638996615699162 y - Futbolinfo.az
Shares: