“Tobol”un mərkəz müdafiəçisi Ryan Senhadji “Sabah”da çıxış edən qazaxıstanlı qapıçı Stas Pokatilovun Azərbaycandakı uğurlarından danışıb.

Futbolinfo.az xəbər verir ki, bu yay “Sumqayıt”ı “Tobol”a dəyişən 29 yaşlı əlcəzairli futbolçu Qazaxıstan mətbuatına açıqlamasında Pokatilovun “Sabah”ın ölkə çempionluğunda böyük rol oynadığını deyib: “Əgər Pokatilova belə ciddi klub etimad göstəribsə, deməli, buna layiqdir. Az adam bilir ki, “Sabah”ın rəhbərliyi kadrların inkişafına, infrastruktura və azarkeşlərlə münasibətlərə böyük sərmayə yatırır. Onların Azərbaycanda çox güclü nüfuzu və xüsusi aurası var. Məncə, Stas və “Qarabağ”ın qapıçısı Mateuş Koxalski Azərbaycanda çıxış edən ən güclü iki qapıçıdır”.

Qeyd edək ki, 33 yaşlı Stas Pokatilovun formasını geyindiyi “Sabah” geridə qalan mövsüm həm Misli Premyer Liqasının, həm də Azərbaycan Kubokunun qalibi olub.

Shares: