Futbol üzrə dünya çempionatında 2-ci tura yekun vurulub. Son iki oyunun taleyini bir qol həll edib.
Xorvatiya Panama millisinə qalib gəlib. İlk turda uduzan komandaların duelində məğlub olan mundialı tərk edəcəkdi və bu aqibətlə Panama üzləşib. Yeganə qolun müəllifi 54-cü dəqiqədə fərqlənən Ante Budimir olub. Bu məğlubiyyətdən sonra Panamanın qrupdan çıxmayacağı dəqiqləşib.

Qvadalxara stadionunda baş tutan K qrupunun matçında Kolumbiya Konqoya qalib gəlib. Cənubi Amerika təmsilçisi 1:0 hesablı qələbə sayəsində qrupdan çıxmağı qarantiləyib. 76-cı dəqiqədə Daniel Munyos fərqlənib.







