Yan Oblak “Atletiko”dan ayrıla bilər. 33 yaşlı qapıçı bu barədə qərarı özü verəcək.
Futbolinfo.az xəbər verir ki, slovenyalı qolkiperin İspaniya nəhəngi ilə daha 2 illik müqaviləsi var. Amma madridllər ona seçim imkanı yaradıblar. Son vaxtlar əsas heyətdə daim oynamayan əlcək sahibi getmək istərsə, “Atletko” ona əngəl törətməyəcək.
Oblak İngiltərədən və ərəb ölkələrindən cəlbedici təkliflər alıb. O, karyerasının sonunda daha çox qazanmaq imkanını əldən qaçırmaq istəmir. Amma yenə də yekun qərar hələ verilməyib.
12 ildir “Atletiko”da çıxış edən Yan Madridə 16 milyon avro qarşılığında “Benfika”dan gəlmişdi. Vaxtilə dəyəri 100 milyonadək qalxan qapıçını indi 15-17 milyona transfer etmək mümkündür.






