“Latsio” “Milan”ın oyunçusuna göz dikib. Romalılar “rossonyerlər”dö özünü doğrultmayan Santyaqo Ximenes almaq istəyir.
Futbolinfo.az İtaliya mətbuatına istinadla xəbər verir ki, tezliklə hücumçu üçün rəsmi təklif göndəriləcək. Paytaxt klubu oyunçunun dəyərinin aşağı düşməsini fürsət bilir. “Latsio” Ximenesin A Seriyasına uyğunlaşdıqdan sonra yenidən əvvəlki formaya düşəcəyinə inanır.
25 yaşlı meksikalının “Milan”la 3 illik müqaviləsi qalıb. O, ötən yay “Feyenoord”dan 30 milyon avroya transfer olunmuşdu. Hücumçunun hazırkı dəyəri 18 milyondur.






