Futbol üzrə dünya çempionatında ilk matçında çıxan Türkiyə millisi Avstraliyaya uduzub. Qardaş ölkə təmsilçisi oyun boyunca xeyli üstün təsir bağışlasa da, həlledici zərbələrdə daha dəqiq oynayan rəqib qələbəni bayram edib.

“BC Place Vancouver” stadionunda keçirilən D qrupunun matçında “ay-ulduzlu”lar 0:2 hesabı ilə məğlub olub. Avstraliyanın heyətində Nestori İrankunda (27) və Konnor Metkalf (75) fərqləniblər.

Qeyd edək ki, bu qrupun digər qarşılaşmasında ABŞ seçməsi Paraqvayı 4:1 hesabı ilə məğlub edib.

Shares: