“Şotlandiya millisi DÇ-2026-da Haiti yığması üzərində mütləq qələbə qazanmalı idi”. Bunu Avropa təmsilçisinin baş məşqçisi Stiv Klark deyib.
O, Haiti seçməsi üzərində qazanılan qələbə barədə danşıb: “Oyundan əvvəl futbolçumuz Robertsona bildirdim ki, qələbə qazanmaq vaxtıdır. Azarkeşlərimiz də narahat idilər. Hər kəs bildirirdi ki, mütləq qələbə qazanmalıyıq. Şükürlər olsun ki, qalib gəldik. Əzmkarlıq bu komandanın ruhunda var”.
Qeyd edək ki, Haiti – Şotlandiya oyunu ikincilərin 1:0 hesablı qələbəsi ilə bitib.






