Norveç millisinin baş məşqçisi Stole Solbakken Seneqalla oyunda çox narahat olub. O, bunu DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmanı şərh edib: “Həqiqətən görüş çox çətin keçdi. Xüsusilə qarşılaşmanın son anları bitmək bilmirdi. Oyunun sonluğu həyatımın ən uzun dəqiqələri idi. Bir neçə futbolçumuzun ayağında problemlər yaranmışdı. İnanırıq ki, Fransa ilə matçda da istədiyimiz nəticəyə nail ola bilərik”.






