“Səbail” Azərbaycan millisinin də formasını geyinmiş Mehdi Cənnətovu heyətinə qatıb. Bu barədə I Liqa klubu məlumat yayıb.

34 yaşlı qolkiperlə “1+1” illik müqavilə imzalanıb.

Təcrübəli qapıçı son olaraq “Sumqayıt”da çıxış edib.

Xatırladaq ki, Cənnətov Azərbaycan millisinin heyətində beş oyun keçirib. O, tezliklə adını dəyişərək Qusara köçəcək komandanın Preçyer Liqaya yüksəlməsinə kömək etməlidir.

Shares: