“İraq millisinin dünya çempionatına vəsiqə qazanması özü belə möcüzə idi”. Bunu Asiya təmsilçisinin baş məşqçisi Qrem Arnold Seneqala qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis məğlub olmalarına baxmayaraq, mundialdan zövq aldıqlarını bildirib: “Ümid edirəm ki, futbolçular 40 ildən sonra ilk dəfə dünya çempionatında oynamağın sevincini özləri ilə aparacaqlar. Eyni zamanda, buraxdıqları səhvlərdən də lazımi nəticə çıxaracaqlar”.
Qeyd edək ki, Seneqal – İraq matçı 5:0 hesabı ilə yekunlaşıb.
