La Liqa 2026/2027 mövsümündə İspaniya çempionatının rəsmi oyununun Mayamidə keçirilməsini UEFA-ya təklif etməyi planlaşdırmır. Bu barədə «Mundo Deportivo» nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, liqa rəhbərliyi FIFA-nın daxili çempionat oyunlarının ölkə xaricində keçirilməsini tənzimləyən yeni qaydaları təsdiqləməsini gözləmək istəyir. Belə bir sənədin artıq oktyabr ayında qəbul edilə biləcəyi gözlənilir.

İspaniya çempionatının beynəlxalq arenaya çıxmasının tərəfdarlarından biri La Liqanın prezidenti Xavyer Tebasdır.

Xatırladaq ki, ötən mövsüm La Liqanın 17-ci turunun «Vilyarreal» — «Barselona» qarşılaşmasının Mayamidə keçirilməsi müzakirə olunsa da, bu layihə reallaşmadı. Oyunun ləğv edilməsinə səbəb futbolçuların kütləvi etirazı olmuşdu.

Shares: