«Böyük Dəbilqə» seriyalı turnirlərin 23 qat qalibi amerikalı Serena Vilyams, Uimbldonun ilk mərhələsində reytinqdə 87-ci sırada qərarlaşan avstraliyalı Mayya Coynta 3:6, 7:6 (8:6), 3:6 hesabı ilə uduzaraq mübarizəni bitirib. Matç 2 saat 21 dəqiqə davam edib.
Coyntun Uimbldonun ikinci mərhələsindəki rəqibi reytinqdə 32-ci yerdə olan Filippin təmsilçisi Aleksandra Eala olacaq.
Qeyd edək ki, Serena Vilyams ilə Mayya Coynt arasında 24 yaş fərq var.
Digər oyunlar arasında Yelena Rıbakina və İqa Şvyontekin qələbələrini qeyd etmək mümkündür. İspaniyalı Paola Badosa isə ilk turda məğlub olaraq mübarizədni dayandırıb.
