Azərbaycan millisinin futbolçusu Toral Bayramovun yeni transfer olunduğu “Bursaspor”da işləri yolunda gedir.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 25 yaşlı cinah oyunçusu qısa müddətdə komandaya uyğunlaşa bilib. Onunla yanaşı, digər yeni transferlər Jurgen Elitim və Amine Butrahın uyğunlaşma dönəmi də məşqçilər korpusunun ürəyincədir.

Bayramovun və digərlərinin yüksək əhval-ruhiyyədə olması məşqləri izləyən “Bursaspor” azarkeşlərini də sevindirir. Onlar komandanın növbəti mövsüm Superliqaya vəsiqə qazanacağına inanır.

Qeyd edək ki, Toral Bayramov I Liqa klubuna bu yay “Qarabağ”dan keçib.

Shares: