Fransa millisi qarşıdakı iki gündə İsveç üzərində qazanılan qələbənin sevincini yaşayacaq. Bunu komandanın baş məşqçisi Didye Deşam deyib.

O, İsveçə qarşı DÇ-2026-nın 1/16 final mərhələsinin oyunundan sonra belə deyib: “Böyük qürur hissi keçirirəm. Bizim bir missiyamız var. Oyunumuzdan əvvəl 1/16 final mərhələsində keçirilən digər matçlar çətin mübarizə şəraitində baş tutmuşdu. Deməzdim ki, bizim oyun asan oldu, amma müəyyən üstünlüyümüz var idi. Bununla belə, ilk hissədə yaratdığımız fürsətlərdən daha səmərəli istifadə edə bilərdik.

İndi isə qarşımızda daha bir maneə var və futbolçular da məhz bunun üçün buradadırlar. Qarşıdakı mərhələlər barədə indidən çox düşünməməliyik. Əks halda, reallıq bizi tez bir zamanda yerə endirə bilər. Paraqvay təsadüfən bu mərhələyə yüksəlməyib. Bu komanda Cənubi Amerika futboluna xas xarakterə malikdir və heyətində keyfiyyətli futbolçular var. Onları ətraflı təhlil etmək üçün vaxtımız olacaq. Amma ondan əvvəl qarşıdakı iki günü bu uğurun sevincini yaşamağa sərf edəcəyik”.

Qeyd edək ki, İsveç seçməsinə 3:0 hesabı ilə qalib gələn Fransa 1/8 finala yüksəlib.

Shares: