Futbol üzrə dünya çempionatında daha bir 1/8 finalçının adına aydınlıq gəlib. Meksika Ekvadoru məğlub etməklə bunu bacaran növbəti meydan sahibi olub.

Mexiko stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ev sahibləri 2:0 hesablı qələbə qazanıb. Xulian Kinones (22) və Raul Ximenez (31) Şimali Amerika təmsilçisinin qollarını vuran futbolçular olublar.

Bu qələbə sayəsində 1/8 finala adlayan Meksikanın rəqibi İngiltərə – Konqo Demokratik Respublikası cütünün qalibi olacaq.

Onu da qeyd edək ki, bu matçın başlama vaxtı dəyişdirilib. Qarşılaşma əlverişsiz hava şəraiti səbəbindən əvvəlcədə nəzərdə tutulduğu kimi, Bakı vaxı ilə saat 05:00-da başlamayıb. Buna şiddətli yağış və ildırım səbəb olub. Qarşılaşma 1 saat sonra start götürüb.

Shares: