“Tottenhem” klub tarixinin transfer rekorduna hazırlaşır. Mateuş Fernandeşi heyətinə qatmaq üzrə olan londonlular bununla da ən böyük oyunçu alqısını reallaşdıracaq.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Roberto de Zerbinin tələbi ilə transfer ediləcək 21 yaşlı portuqaliyalı üçün 98,7 milyon avro ödənləcək. Yarımmüdafiəçi ilə 5 illik müqavilə bağlanması nəzərdə tutulub.

“Vest Hem”lə 2030-cu ilin yayınadək müqaviləsi olan Fernandeş ötən il “Sauthempton”dan 44 milyon avroya alınmışdı. Bu İngiltərə klubu isə bir il öncə “Sportinq”ə yetirməsi üçün 5 milyon xərcləmişdi.

“Tottenhem” Mateuş uğrunda mübarizədə “Real”, “Mançester Yunayted” və “Arsenal”a qalib gəlib. Xavbek ötən mövsüm 5 qol, 5 asistlə yadda qalıb.

Shares: