Ukraynanın “Veres” klubunun futbolçusu Kay Çipot karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 25 yaşlı mərkəz müdafiəçisi “Neftçi”nin maraq dairəsindədir.
“Ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub Sloveniyanın gənclər millisinin sabiq üzvünü sərəncamında görmək istəyir. Məlumatda bildirilib ki, “Neftçi” Çipotun transferi üçün futbolçunun həm özü, həm də klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Kay Çipotun “Veres”lə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.
