Azərbaycan millisinin daha bir futbolçusu legioner həyatı yaşaya bilər.

Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev “Götəpə” üçün prioritetdir.

“Bristol Siti”dən Sinkleyr Armstronq və “Qremio”dan Andre Enrikeni heyətinə qatan Superliqa təmsilçisi müdafiənin sol cinahındakı boşluğu məhz 25 yaşlı oyunçu ilə doldurmaq niyyətindədir.

“Göztəpə”nin bolqarıstanlı baş məşqçisi Stanimir Stoilov həmyerlimizin keçidinə müsbət yanaşır. Bu üzdən rəhbərlik həm Elvinin özü, həm də klubu ilə danışıq aparmaq qərarına gəlib.

Qeyd edək ki, Elvin Cəfərquliyevin “Qarabağ”la müqavilə müddəti gələn ilin yayına qədərdir.

Shares: