Yunanıstanın “Atromitos” klubunun sabiq futbolçusu Makana Bakunun “Neftçi”yə keçidinin baş tutmama səbəbi müəyyənləşib.
Futbolinfo.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı sol vinger karyerasını Türkiyədə davam etdirmək qərarına gəlib.
Almaniyalı oyunçu həm “Atromitos”un yeni müqavilə, həm də “Neftçi”nin transfer təklifini rədd edib. Çünki Superliqa təmsilçisinin təklif etdiyi maliyyə şərtləri futbolçu üçün daha cəlbedici olub. Vaxtilə “Göztəpə”nin formasını geyinmiş Bakunun Türkiyəni tanıması da qərarına təsir edib.
Qeyd edək ki, “Maynts”ın yetirməsi olan Makana Baku Türkiyə və Yunanıstanla yanaşı, Polşada da legioner həyatı yaşayıb.
