“Turan Tovuz”dan ayrılan Azərbaycan millisinin sabiq üzvü Şəhriyar Əliyev karyerasını xaricdə davam etdirə bilər.

Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, 33 yaşlı müdafiəçiyə Özbəkistandan təklif var.

Əliyev hazırda Daşkənd klublarından biri ilə danışıqlar aparır. Tərəflər arasında maliyyə məsələsində razılıq əldə olunarsa, təcrübəli futbolçu növbəti mövsümdən legioner həyatı yaşayacaq.

Bununla yanaşı, Azərbaycan Premyer Liqasının iki klubu da Şəhriyar Əliyevin xidmətində maraqlıdır.

Qeyd edək ki, Şəhriyar Əliyev 2022–2026-cı illərdə “Turan Tovuz”un formasını geyinib.

Shares: